"Nyukasl" klubunun Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd Bin Salman tərəfindən satın alınması barədə İngiltərə hökümətindən vacib açıqlama verilib.
Offsideplus.az xəbər verir ki, son günlərdə Britaniyada əsas müzakirə mövzusuna çevrilən və böyük qalmaqala səbəb olan bu məsələ barədə ölkə höküməti mümkün qərarını verib. Belə ki, Bin Salman klubu satın ala bilər. Ona İngiltərədə şirkət sahibi olmağın çətin qaydaları izah edilib və prosesin həyata keçirilməsində heç bir problemin olmadığı bəyan edilib.
"Sağsağanlar"ın hazırki sahibi Mayk Eşli ilə Bin Salman arasında əldə edilən razılaşmanın ləğv ediləcəyi gözlənilmir.
Dünən isə dünyaca məşhur yayım şirkəti olan "beIN Sports" "Nyukasl"ın ərəb vəliəhdinə satılacağı təqdirdə Premyer Liqa oyunlarının yayımını dayandıracağını açıqlayıb.
Qeyd edək ki, Məhəmməd Bin Salman İngiltərənin köklü klubu olan "Nyukasl" üçün 300 milyon funt ödəyəcək.