Sadio Manenin "Liverpul”u tərk etməsinin səbəbi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb futbolçu ilə "Liverpul”un baş məşqçisi Yurgen Klopp arasında fikir ayrılığının olmasıdır.
Kloppun "Qızıl top” uğrunda mübarizdə Vircil van Deykə dəstək verməsi Maneni narazı salıb. Kloppun "Əgər ötən mövsümü götürsək, Vircildən daha yaxşı oyun göstərən futbolçu tanımıram. "Qızıl top”u onun qazanması daha ədalətli olardı" fikri Maneni narazı salıb. Elə buna görə də, futbolçunun küsdüyü və "Liverpul” tərk etmək istəyində olduğu bildirilir.
Qeyd edək ki, Mane "Qızıl top”un səsverməsində 4-cü yeri tutmuşdu. Onun "Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Futbolçu ilə "Real” ciddi maraqlanır.