Usman Dembele karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Barselona"nın üzvü ilə "Mançester Yunayted" yaxından maraqlanır.

Fransalı futbolçu həmyerlisi Antoni Marsialdan komanda haqda ümumi məlumat almağa başlayıb. İngiltərə mediasında yayılan xəbərlərə görə, "qırmızı şeytanlar"ın rəhbərliyi artıq futbolçu üçün Kataloniya klubunun rəsmiləri ilə danışıqlara başlayıblar.

Qeyd edək ki, Dembele bu mövsüm "Barselona"nın heyətində 9 oyun keçirb və 1 qol vurub.