"Çelsi" futbolçuları ilə problem yaşayır.

Offsideplus.az xəbər verir ki, London klubu oyunçuları məvaciblərinin azaldılmasına razı sala bilməyib.

"Zadəganlar" koronavirus pandemiyasının yaratdığı iqtisadi təsir səbəbiylə futbolçulardan maaş məsələsində güzəştə getməklərini istəyib. “Çelsi”nin futbolçulara 30 faizlik endirim təklif etdiyi bildirilir. Lakin futbolçular məvaciblərinin sadəcə 10 faiz azaldılmasına razı olacaqlarını bildirib.