“Bornmut” klubu COVİD-19 epidemiyasına görə, müvəqqəti tətilə göndərdiyi işçiləri haqda çıxardığı qərarı ləğv edib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ötən ay klubda çalışan işçilərin böyük qismini tətilə göndərmiş, onlara maaş ödəyə bilməyəcəyini açıqlamışdı.
Etirazlardan sonra “Bornmut” da həmin işçiləri ilə bağlı qərarını dəyişmək məcburiyyətində qalıb.