"Liverpul" özünü "Real Madrid"in Sadio Mane üçün mümkün təklifinə hazırlayır.
Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızılar" seneqallı futbolçunu əvəzləməyə əsas namizəd kimi PSJ-də çıxış edən Kilian Mbappeni görürlər.
Zinəddin Zidanın 28 yaşlı seneqallı ulduzun böyük fanatı olduğu deyilir. Bu amil futbolçunun "Real"a transfer edilmə ehtimallarını artırır.
"Liverpul" Maneni 150 milyon funt-sterlinqdən ucuz satmayacaq. Mersisaydlılar, "Kral klubu"nun bu məbləği ödəməyəcəyinə ümid edirlər.
Ancaq, Manenin gedişi reallaşarsa, bu halda klub hücum triosunu Mbappe ilə tamamlaya bilər. PSJ-nin isə fransız hücumçunu 250 milyon avrodan ucuz satacağı gözlənilmir.
"Qırmızılar" yeni forma sponsoru olan NİKE şirkətini klubun maaş strukturunu qorumaq üçün Mbappenin ödənişində dəstək olmasına razı salmağa çalışacaqlar.