Nqolo Kante "Çelsi"dən ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu ilə 2 klub maraqlanır: "Real" və PSJ

Transfer dəyəri 80 milyon avro olan yarımmüdafiəçinin "zadəganlar"la müqaviləsi 2023-cü ildə başa çatacaq.

"Real" Kante ilə razılıq əldə edəcəyi təqdirdə onun sərbəstqalma dəyərini ödəyərək heyətinə qatacaq. PSJ isə London təmsilçisi ilə danışıqlar aparmaq niyyətindədir.

Qeyd edək ki, Kante bu mövsüm "Çelsi"nin heyətində 22 matçda 3 qol vurub.