“Norviç Siti” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lüksemburq yığma komandasının və bu ölkənin “Düdelanj” klubunun hücumçusu Danel Sinanini transfer edib.
 
 22 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Lakin bu müqavilə növbəti mövsümün startından etibarən qüvvəyə minəcək.