İngiltərə Premyer Liqasında cari mövsümün simvolik yığması hazırlanıb.

Offsideplus.az xəbər verir ki, "Sky Sports" nəşrinin tərtib etdiyi "11-lik"də lider "Liverpul"un 6 oyunçusu yer alıb.

Qapıçı: Den Henderson ("Şeffild Yunayted")

Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Deyk, Endryu Robertson (hamısı "Liverpul"), Cek O'Konnell ("Şeffild Yunayted")

Yarımmüdafiəçilər: Onine Ndidi ("Lester"), Cordan Henderson ("Liverpul"), Kevin de Brüyne ("Mançester Siti")

Hücumçular: Sadio Mane, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Ceymi Vardi ("Lester")

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqası koronavirus səbəbindən təxirə salınıb.