Hari Keyni transfer etmək istəyən komandalardan birinin sayı azalıb.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli hücumçunu transfer etməkdən imtina edib.
Buna səbəb futbolçunun satın almaq dəyərinin çox olması olub. Keynin transfer qiyməti 170 milyon avrodur.
Qeyd edək ki, "Mançester Siti" və "Real" hücumçu ilə yaxından maraqlanırlar.