VAR sisteminin bir müddətlik ləğv edilmə məsələsi gündəmdədir.
Offsideplus.az "TalkSports"a istinadən xəbər verir ki, Premyer Liqa rəhbərliyi otaqdakı hakimlərin məsafə qaydasına əməl etməməsini əsas gətirərək qarşıdakı günlərdə VAR sisteminin ləğvi məsələsini müzakirə edəcək.
Londondakı “Stockley Park” rayonunda yerləşdirilmiş VAR otağının dar olduğu, orada hakimlə birlikdə 4 nəfər çalışdığı qeyd olunub. Pəncərəsiz otaqda yaxın məsafədə çalışmaq virusun yayılma riskini artırır.
Qeyd edək ki, VAR sistemi İngiltərə Premyer Liqasında bu mövsümdən tətbiq olunur. Çempionat martın 13-də koronavirusa görə dayandırılıb.