İngiltərə Premyer Liqasında çıxış edən ən yüksək məvacibli futbolçuların siyahısı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, siyahıya "Mançester Yunayted"in ispaniyalı qapıçısı David De Xea başçılıq edir. Onun həftəlik qazancı 375.000 funt-sterlinqdir. Siyahıda ən çox futbolçu ilə yer alan klub da "qırmızı şeytanlar"dır. "Mançester Siti"nin futbolçuları Kevin De Bruyne və Rəhim Sterlinq sonrakı pillələrdə qərarlaşırlar.
"10-luq":
1. David De Xea (Mançester Yunayted) – 375 min funt-sterlinq (həftəlik)
2. Kevin De Bruyne (Mançester Siti) – 320 min
3. Rəhim Sterlinq (Mançester Siti) – 300 min
4. Pol Poqba (Mançester Yunayted) – 290 min
5. Məsut Özil (Arsenal) – 269 min
6. Antoni Marsial (Mançester Yunayted) – 250 min
7. Serxio Agüero (Mançester Siti) – 230 min
8. Məhəmməd Salah (Liverpul) – 200 min
9. Markus Reşford (Mançester Yunayted) – 200 min
10. Harri Keyn (Tottenhem) – 200 min