"Enfild"in işçiləri koronavirusa görə İngiltərədə mövsümün aprelin 30-dək dayandırılması səbəbindən maddi cəhətdən əziyyət çəkməyəcəklər.

Offsideplus.az xəbər verir ki, "Liverpul" arena işçilərinə maaş verməyə davam edəcək.

Premyer Liqadakı fasilə səbəbindən "qırmızılar"ın ən az üç ev oyunu - "Kristal Palas", "Aston Villa" və "Börnli" ilə.oyunları təxirə düşüb.

"Enfild" əməkdaşlarına bu altı həftə ərzində "Liverpul" ümumilikdə, 750 min funt sterlinq ödəyəcək.