"Mançester Yunayted" Nemanya Matiçə yeni müqavilə təklif edib.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı Matiçin "qırmızı şeytanlar"la müqaviləsi mövsümün sonunda başa çatacaqdı. "Yunayted" onu 2021-ci ilə qədər klubda saxlamağa qərar verib.

Qış transfer pəncərəsi zamanı yarımmüdafiəçilər Pol Poqba və Skot Maktominayın zədələri serbiyalının klubdan getməsinin qarşısını alıb. 

"Mançester Yunayted"in baş məşqçisi Matiçlə yeni müqavilə imzalanacağını təsdiqləyib: "Onunla razılaşdıq, 100 faiz qalacaq".

Matiç Premyer Liqanın son 10 oyunundan doqquzuna əsas heyətdə başlayıb.

Qeyd edək ki, Koronavirus pandemiyası dövründə mövsümün sonunda müqaviləsi bitəcək oyunçuların gələcəyi ilə bağlı qeyri-müəyyənlik artmaqdadır. İngiltərədə futbol aprelin 3-dək dayandırılıb. Fasilənin 2 həftədən daha çox davam edəcəyi gözlənilir.