İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"in heyətində ötən ay 1 qol vurub, 2 məhsuldar ötürməyə imza atan Bruno Fernandeş ayın oyunçusu seçilib.

Qeyd edək ki, "Mançester Yunayted" Bruno Fernandeşi qış transfer pəncərəsi zamanı "Sportinq"dən transfer edib.