Madrid "Real"ı "Liverpul"un ulduzu Sadio Maneni transfer etmək qərarında israrlıdır.

Offsideplus.az "Mirror"a istinadən xəbər verir ki, "kral klubu" yay transfer pəncərəsi dövründə seneqallı futbolçunun keçidini həll etmək istəyir.

Komandanın baş məşqçisi Zinəddin Zidanın transfer siyahısında birinci ad olan Mane üçün İspaniya təmsilçisi "Liverpul"a 154 milyon avro təklif edir.

Qeyd edək ki, 27 yaşlı vinqer 2016-cı ildə "Sauthempton"dan "Liverpul"a transfer edilib.