İngiltərə Premyer Liqasının 28-ci turunda "Mançester Siti” ilə "Arsenal” arasında bu gün keçirilməli olan oyun təxirə salınıb.

Offsideplus.az  liqanın rəsmi saytına istinadla xəbər verir ki, bu, "Nottingem Forest"in və "Olimpiakos"un sahibi Yevangelos Marinakisin koronavirusla yoluxması ilə bağlıdır. İki həftə əvvəl "Arsenal"ın oyunçuları Avropa Liqasında yunan klubu ilə qarşılaşıblar və funksioner bəzi oyunçularla təmasda olub.

Premyer liqanın digər oyunlarının təxirə salınması planlaşdırılmır.