İngiltərənin "Kristal Palas" klubu Türkiyə millisinin üzvü Cenk Tosunla icarə müqaviləsini ləğv edib.

Offsideplus.az xəbər verir ki, buna türk futbolçunun məşq zamanı dizindən ciddi zədə alması səbəb olub. 7 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilən 28 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu "Everton"a geri dönüb.

Qeyd edək ki, C.Tosun qış transfer pəncərəsində "Kristal Pelas"a icarəyə göndərilmişdi.