“Mançester Yunayted”in futbolçusu Pol Poqba komanda ilə birgə məşqlərə başlayıb.
Offsideplus.az klub saytına istinadən xəbər verir ki, fransalı hücumçu “Mançester Siti”yə qarşı görüşdə heyətdə olacaq.
O, yanvarda ayaq biləyində problem olduğu üçün əməliyyat keçirmişdi.
Qeyd edək ki, Mançester derbisi martın 8-də keçiriləcək.