"Çelsi" klubu yay transfer pəncərəsi dövründə "Porto"dan Aleks Tellesi sıralarına qatmağa hazırlaşır.

Offsideplus.az "A Bola"ya istinadən xəbər verir ki, "zadəganlar" mövsümün sonunda klubu ilə müqaviləsi başa çatacaq 27 yaşlı futbolçunu  transfer etməyə yaxındır. "Porto" klubu braziliyalı futbolçunun müqaviləsinin müddəti başa çatmamış bu keçidi həll etmək istəyir. Çünki "sambaçı" yayda azad agent statusu alacaq.

Əgər bu keçid baş tutsa, əldə edilən gəlirin 10 faizi "Qalatasaray" klubuna çatacaq.

Qeyd edək ki, Telles 2014-2016-cı illərdə Türkiyə təmsilçisində çıxış edib.