"Liverpul" klubu Almaniya "Leyptsiq"inin futbolçusu Timo Vernerlə transfer danışıqları aparır.

Offsideplus.az xəbər verir ki, "mersisaydlılar" 23 yaşlı hücumçuya ilinə 5 milyon avro qazanacağı və 2025-ci ilin yayında başa çatacaq müqavilə təklif edib.

İngiltərə təmsilçisi alman oyunçunun təzminat qiyməti olan 58 milyon avronu ödəməyə hazır olduğu iddia edilib.

Futbolçu özü də keçidə razılıq verib.