"Mançester Siti" klubunun əsas futbolçularından biri olan Bernardo Silva "Barselona"nın hücumçusu Lionel Messi ilə eyni komandada oynamaq istəyir.

Offsideplus.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi  özü məlumat verib. Müsahibəsi zamanı 25 yaşlı portuqaliyalı futbolçu Messi ilə oynayacağı təqdirdə dünyanın ən yaxşılarıdan biri ola biləcəyini dilə gətirib. Bundan əlavə İngiltərə mediasında Bernardo Silvanın bu mövsümün sonunda Kataloniya klubuna transfer ediləcəyi ilə bağlı məlumatlar dərc edilib. "Barselona"nın onun keçidində maraqlı olduğu bildirilir. Baş məşqçi Kiki Setyenin bəyəndiyi futbolçulardan olan Bernardo Silva UEFA tərəfindən iki il müddətinə Avrokuboklardan uzaqlaşdırılma cəzası alan "Mançester Siti"ni bu yay böyük ehtimalla tərk edə bilər.

Qeyd edək ki, sözügedən futbolçu 2017-ci ildə "Monako"dan "şəhərlilər"ə transfer edilib.