İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola komandadan ayrılmayacaq.

Offsideplus.az "Sky Sport" nəşrinə istinadən xəbər verir ki, ispan mütəxəssis "Mançester Siti" 2-ci liqaya göndərilsə belə, klubu tərk etməyəcəyini bildirib: "Növbəti mövsümdə hansı liqada oynamağımızdan asılı olmayaraq, burada qalacağam. Hətta bizi ikinci liqaya göndərsələr belə, qərarım dəyişməyəcək. İndi komanda ətrafında sıx birləşmək vaxtıdır".

Qvardiola ilə yanaşı, komandanın əsas futbolçularından Rahim Sterlinqin də "şəhərlilər"dən ayrılmayacağı dəqiqləşib.

Qeyd edək ki, maliyyə feyr-pley qaydalarını pozduğuna görə İngiltərə klubunun qarşıdakı 2 mövsümdə avrokuboklarda iştirakına qadağa qoyulub.