"Arsenal"ın türk əsilli yarımmüdafiəçisi Mesut Özil gələcək karyerası barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Almaniya millisin sabiq üzvü ayrılıq barədə düşünmədiyini bildirib:

“Arsenal”la hələ bir illik müqaviləm var. Bundan sonra nə olacağını bilmirəm. Gələcək barədə danışmaq çətindir. Ancaq hazırda Londondayam. Komandamın uğurlu olması üçün hər şeyimi verməyə hazıram. Gələcəkdə nə olacağını birlikdə görəcəyik”

31 yaşlı futbolçu bu mövsüm komandası ilə 15 oyun keçirib və 1 asist edib. Onun “Arsenal”la 2021-ci ilə qədər müqaviləsi var.