Son vaxtlar uğursuz çıxışları ilə yadda qalan və bu səbəbdən "Çelsi"nin son - "Lester"lə oyununda ehtiyatda oturan Kepa Arrisabalaqa ilə bağlı maraqlı məlumat dərc edilib.

Offsideplus.az xəbər verir ki, bu barədə İngiltərənin məşhur "Mirror" qəzetində xəbər dərc edilib. Belə ki, Kepanın adının açıqlanmamasını istəyən dostlarından biri bunun sevgi məsələləri ilə bağlı olduğunu bildirib. O, gənc qapıçının pis formada olmasının sevgilisi olan Andrea Perezlə ayrılmasından irəli gəldiyini bildirib:

"O, çox əzab çəkir. Keçmiş klubu "Atletik"i tərk edərkən, sevgilisi onunla birlikdə Londona getmişdi və münasibətləri bitənədək onun "qayası" olmuşdu. Hələ də Ondarroanın Bask qəsəbəsində yaşayan ailəsi onunla vaxt keçirməyə çalışır, lakin hazırda o, emosional olaraq çox pis vəziyyətdədir."

Qeyd edək ki, uğursuz çıxışlarından sonra azarkeşlərin kəskin tənqidlərinə tuş gələn Kepa baş məşqçi Frenk Lempard tərəfindən Villi Kabalero ilə əvəzlənib.

bandicam 2020 02 06 20 14 07 766

Daşqın Əziz