“Mançester Yunayted”in yarımmüdafiəçisi Maykl Kerrik karyerasını bitirmək qərarına gəlib.

Offsideplus.az Qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə mətbuat konfransında açıqlama verib.

O, bildirib ki, mövsümün sonunda futbolla vidalaşacaq:

“Bir gün elə bir vaxt gəlib çatır ki, bədənin səndən futbol oynamağa son qoy mağı tələb edir. Mən də hazırda özümü bu cür hiss edirəm”.

Qeyd edək ki, Kerrikin “Mançester Yunayted”lə müqaviləsi yayda başa çatacaq.