“İnter”in futbolçusu Valentino Lazaro karyerasını İngiltərədə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Nyukasl”a keçib. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lazaro, mövsümün sonuna qədər icarə əsasında “Nyukasl”da forma geyinəcək.
2019-cu ilin yayında “Herta”dan “İnter”ə keçən Lazaro, bu mövsüm A Seriyasında 6 oyuna çıxıb. Yarımmüdafiəçi eyni zamanda Avstriya millisinin də üzvüdür.