İngiltərənin “Aston Villa” klubu “Genk”dən Mbvane Samattanı transfer edib.
Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi 27 yaşlı hücumçu ilə 4,5 illik müqavilə imzalayıb.
Tanzaniya milli komandasının kapitanı və bombardiri olan Samatta yığmada keçirdiyi 51 oyunda 18 qol vurub. Hücumçu “Genk”də bu mövsüm iştirak etdiyi 28 matçda 10 qolla yadda qalıb.