Həftə sonu Bruno Fernandes "Sportinq" klubunda son oyunu keçirəcək.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı oyunçu "Benfica" ilə oyundan sonra klubdan ayrılacaq. Futbolçunun agenti "Mançester Yunayted"lə danışıqların müsbət başa çatdığını təsdiqləyib.

Qeyd edək ki, Bruno Fernandes 134 oyuna 63 qol, 51 məhsuldar ötürmə ilə yadda qalıb.