İngiltərənin “Tottenhem” klubu yeni transferini açıqlayıb.

Offsideplus.az rəsmi saytına istindla xəbər verir ki, London təmsilçisi “Benfika”dan Jedson Fernandesi heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi ilə 18 aylıq icarə müqaviləsi imzalanıb. “Tottenhem”in Fernandesin transfer hüquqlarına sahib olmaq imkanı da var.

“Benfika”nın yetirməsi olan yarımmüdafiəçi Portuqaliya milli komandasının da üzvüdür.