"Everton"dan "Kristal Pelas"a icarə əsasında keçən Cenk Tosun klubun rəsmi saytına açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Türkiyə millisinin üzvü bu addımını daha çox oynamaq imkanı qazanması ilə əlaqələndirib: "Özgüvənimi yenidən təzələməliydim. Bunun üçün isə çox qol vurmalıyam. "Everton"da çox oynaya bilmirdim. Burada daha çox forma şansı qazanıb, AVRO-2020 üçün daha hazır olmaq istəyirəm".
Qeyd edək ki, 28 yaşlı oyunçu cari mövsümdə Premyer Liqada "Everton" forması ilə 1 qol vurub, 1 məhsuldar ötürmə edib.