İngiltərənin "Mançester Yunayted" klubu "Sportinq"in futbolçusu Bruno Fernandeşi heyətinə qatmağa hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, "Qırmızı şeytanlar" artıq oyunçu üçün  danışıqlara başlayıb.

Lissabon təmsilçisi təcrübəli futbolçu üçün "Mançester Yunayted"dən 60 milyon avro tələb edib. 

Qeyd edək ki,"Sportinq"in baş məşqçisi  portuqaliyalı oyunçunun növbəti turda "Benfika"ya qarşı oyunda heyətə alınıb-alnmayacağını bilmədiyini açıqlayıb.