“Seltik”in futbolçusu Mussa Dembele karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı hücumçu “Brayton”a keçməyə yaxındır. Artıq klublar arasında razılıq əldə olunub. “Brayton” bu transfer üçün Şotlandiya klubuna 18 milyon funt sterlinq ödəyəcək.
Qeyd edək ki, fransalı futbolçu bu mövsüm Şotlandiya çempionatında 11 oyuna 4 qol vurub.