"Milan"ın hücumçusu Kşiştof Piontek İngiltərənin "Tottenhem" klubuna keçməyə yaxındır.

 Offsideplus.azxəbər verir ki, klublar arasında danışıqlar artıq yekunlaşmaq üzrədir. Tərəflər 23,8 milyon funt-sterlinqdə razılığa gəliblər. "Milan" əlavə 4,2 milyon funt-sterlinq bonus da əldə edə bilər. Piontek "Tottenhem"lə 3,5 illik müqavilə bağlayacaq.

Transferin yaxın 48 saat ərzində rəsmiləşməsi gözlənilir.