"Milan" klubunun təcrübəli qapıçısı Pepe Reyna İngiltərə Premyer Liqasına qayıda bilər.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı qolkiperi "Aston Villa" klubu transfer etmək niyyətindədir. İspaniyalı qapıçının agentinin Birmingem şəhərində klub rəsmiləri ilə görüşdüyü bildirilir.

Qeyd edək ki, Reyna 2005-2014-cü illərdə "Liverpul"da 395 oyun keçirib.