İngiltərənin “Tottenhem” klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Mussa Sissoko uzun müddətə sıradan çıxıb.
Fransa yığmasının 30 yaşlı üzvünün zədəsini sağaltmasına azı 3 ay lazım olduğu diqqətə çatdırılıb.
Xatırladaq ki, Sissoko Premyer Liqanın 21-ci turu çərçivəsində baş tutan “Sauthempton”la oyunda (0:1) sıradan çıxmışdı.