"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal ilə bağlı qərarını verdi.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubu ulduz futbolçunu satmamaq qərarına gəlib.
Bonus tələbi ilə bağlı klub rəhbərliyini məhkəməyə verən Çili millisinin üzvünün satılacağı düşünülürdü. "İnter" və "Yuventus" klubları transferlə bağlı müraciət də etmişdi. Lakin komanda daxilində müsbət rəy formalaşdıran 33 yaşlı oyunçunun ən azı mövsümün sonuna qədər "Barsa"da qalması qərara alınıb.