"Arsenal"ın hücumçusu Pyer Emerik Obameyanq onun barəsində yayılan şayiələrə son qoyub.
Offsideplus.az "goal.com"a istinadən xəbər verir ki, 30 yaşlı qabonlu futbolçu klubdan getmək barədə düşünmədiyini bildirib. 100 faizlik əminliklə klubda qalacağını bildirən Obameyanq "topçular"ın azarkeşlərini sevindirib. Bu ərəfələrdə "Arsenal"dan ayrılacağı ilə bağlı yayılan xəbərlərə cavab verən hücumçu bunların qətiliklə yalan olduğunu bildirib.
Qeyd edək ki, sözügedən futbolçu 2018-ci ildə Dortmund "Borussiya"sından "Arsenal"a transfer edilib.