"Lester" klubunun əsas futbolçusu Ceymi Vardi dördüncü dəfə ata olub.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumçunun bu gün qızı dünyaya gəlib. Məhz bu səbəbdən o, İngiltərə Premyer Liqasının 20-ci turunda hazırda davam edən "Vest Hem"lə görüş üçün heyətdə yer almayıb.
Qeyd edək ki, Vardi İngiltərə Premyer Liqasında bu mövsüm vurduğu 17 qolla ən yaxşı bombardirdir.