"Arsenal”ın sabiq futbolçusu Tyerri Anri İngiltərə Premyer Liqasında çempion bəlli olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Anri "Liverpul”un çempion olacağına şübhə etmədiyini vurğulayıb. O, Kloppun komandasının etdiklərinin inanılmaz olduğunu deyib:
"Mənim üçün Premyer Liqada cari mövsüm bitib. "Liverpul”u saxlamaq mümkün deyil. Onların etdikləri məni qorxudur. Bu, inanılmazdır.
Baxmayaraq ki, Yurgen Klopp çempion olacaqlarını hələ də etiraf etmir. Amma bu komandanı saxlamaq mümkünsüzdür. Onlar "Lester”lə oyundan sonra da dayanmayacaqlar. Düzdür, mən "Liverpul”un azarkeşi deyiləm. Amma etiraf edim ki, onların oyunu xoşuma gəlir”.
"Liverpul” Premyer Liqanın 19-cu turunda səfərdə "Lester”ə 4:0 hesabı ilə qalib gəlib. Komanda 52 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan "Lester”in 39 xalı var.