İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən oyunda “Mançester Yunayted”  “Nyukasl”ı qəbul edib.

Offsideplus.az xəbər verir ki, “qırmızı şeytanlar” 4:1 hesablı qələbə qazandıqları oyunda yarımmüdafiəçi Skott Maktomineyin xidmətindən məhrum olub. Zədəsi ciddi olan futbolçu fasilədə əvəzlənib. 23 yaşlı ingilis yarımmüdafiəçinin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Baş məşqçi Ola Qunnar Sulşer oyundan sonra Maktomineyin ən azı qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəyini açıqlayıb.