"Qarabağ"da icarə əsasında çıxış edən Asmir Beqoviç daha bir klubun maraq dairəsinə düşüb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı qolkiper karyerasını Hollandiyada davam etdirə bilər.

İngiltərə klublarından - "Vest Hem", "Birmingem", "Stok Siti" və "Derbi Kaunti"dən sonra PSV də Bosniya və Herseqovina millisinin üzvünü transfer etmək fikrinə düşüb. Eyndhoven təmsilçisi bunun üçün Beqoviçin müqavilə ilə məxsus olduğu "Bornmut" klubu ilə danışıq aparmağa hazırlaşır.

Asmir Beqoviç Azərbaycan Premyer Liqasında keçirdiyi 10 oyunda qapısında 5 top görüb.