"Arsenal”ın yeni baş məşqçisi Mikel Arteta olacaq. 

Offsideplus.az xəbər verir ki,  "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola köməkçisinin "Arsenal"ı çalışdıracağını təsdiqləyib:  "Bu təyinat tezliklə baş tutacaq”. 
İngiltərə mətbuatı dekabrın 21-nə qədər "Arsenal”ın Arteta ilə müqavilə bağlayacağını yazıb. O, 2011-2016-cı ildə "topçular”ın şərəfini qoruyub. Bundan sonra isə karyerasını bitirərək Qvardiolanın məşqçilər korpusunda yer alıb. 
 "Arsenal”ın futbolçularının Artetanın baş məşqçi postuna təyinatına etiraz etdikləri bildirilir.