“Mançester Yuanyted” klubu yarımmüdafiə xəttini gücləndirmək üçün indidən hazırlıqlara başlayıb.

Offsideplus.az Goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Uotford" klubunun şərəfini qoruyan Abdulaye Dukure ilə maraqlanır.

Joze Mourinyo şəxsən 25 yaşlı hvbeki diqqətdə saxlayır. Maruan Fellaini klubla mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləmək istəmədiyi üçün Dukureni onun mövqeyində sınamaq fikrindədir. Transferə 40 milyon funt sərf oluna bilər.

Fransalı oyunçu "Liverpul", "Arsenal" və "Tottenhem"in də maraq dairəsindədir.