"Mançester Siti" klubunda Pep Quardiolanın köməkçi-məşqçisi kimi çalışan Mikel Arteta "Arsenal"ın baş məşqçi postuna əsas namizəddir.
Offsideplus.az xəbər verir ki, Arteta "Arsenal"ın direktoru Coş Kronke (klubun sahibi Sten Kronkenin oğlu) ilə görüşəcək və təyinatla bağlı detalları müzakirə edəcək.
"Mançester Siti" ispan mütəxəssisin inkişafına mane olmaq niyyətində deyil. Digər tərəfdən, "şəhərlilər"in rəsmiləri "Arsenal" rəhbərliyinin prosesi düzgün formada idarə etmədiyini düşünür.