"Liverpul" klubunun ulduz futbolçusu Vircil van Deyk növbəti fərdi mükafatın sahibi olub.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı hollandiyalı müdafiəçi İngiltərə Futbol Azarkeşləri Assosiasiyasının versiyasına görə, ölkədə ilin ən yaxşı oyunçusu seçilib.
O, səsvermədə Rahim Sterlinq ("Mançester Siti"), Son Hın Min("Tottenhem"), Ceymi Vardi ("Lester"), Pyer-Emerik Obameyanq ("Arsenal") və komanda yoldaşı Sadio Maneni qabaqlayıb.