“Liverpul” klubunun seneqallı ulduzu Sadio Mane İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşısı seçilib.

Offsideplus.az xəbər verir ki, seneqallı hücumçu noyabr ayında 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 27 yaşlı oyunçu, “Aston Villa”, “Mançester Siti” və “Kristal Pelas”la matçlarda fərqlənib.

Qeyd edək ki, S.Mane sonuncu dəfə bu mükafata ötən mövsümün mart ayında layiq görülüb.