İngiltərənin "Liverpul" klubu Avstriya "Zaltsburq" klubu ilə Takumi Minaminonun transferi ilə bağlı razılığa gəlib.

Offsideplus.az "The Independent" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi qış transfer pəncərəsindəYaponiya millisinin futbolçusu  keçidini həll etməyə hazırdır. 24 yaşlı hücumçunun müqaviləsindəki təzminat məbləği 8 milyon avrodur.

Qeyd edək ki, Takumi Minamino bu mövsüm Avstriya çempionatında iştirak etdiyi 15 oyunda, 5 qol və 5 məhsuldar ötürmə edib.