“Mançester Siti” rəhbərliyi komandanın baş məşqçisi Xosep Qvardiolaya əvəzləyici axtarır.

Offsideplus.az “The Mirror”a istinadən xəbər verir ki, idarəçilər 48 yaşlı ispan mütəxəssisin rəhbərlik etdiyi kollektivin nəticələrindən narazıdır.

“Mançester Siti” Premyer Liqada 16 turdan sonra 32 xalla 3-cü pillədədir və lider “Liverpul”dan 14 xal geri qalır.  Çempionlar Liqasında qrupdan çıxmağı təmin ediblər.

 2016/17 mövsümündən “Mançester Siti”ni çalışdıran Qvardiolanın klubla müqaviləsi 2021-ci ilin iyununa qədərdir