Roman Abramoviç növbəti dəfə  "Çelsi" üçün gələn təklifi rədd edib.

Offsideplus.az  "Wall Street Journal"a istinadla xəbər verir ki, ABŞ-ın "Los-Anceles Docers" beysbol klubunun sahiblərindən olan Todd Boeli İngiltərə təmsilçisi "Çelsi"ni almaq istəyib. 46 yaşlı biznesmen bununla əlaqədar "zadəganlar"ın sahibi Roman Abramoviçə ünvanladığı təklif geri çevrilib.

Abramoviçin 2013-cü ildə aldığı "Çelsi"ni azı 3 milyard dollara satmaq niyyətində olduğu bildirilir.